Prezidentin ünvanına təbrik məktubları gəlməkdədir
Prezident İlham Əliyevin ünvanına xarici ölkələrin dövlət və hökumət başçıları adından təbrik məktubları gəlməkdə davam edir. Makedoniya Respublikasının Prezidenti Gyorge İvanov, Malayziyanın Ali Başçısı Tuanku Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şah, Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves, Bruneyin Sultanı Hacı Həssənal Bolkiah və İspaniyanın Kralı Xuan Karlos Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında ölkəmizə və xalqımıza Ən xoş hisslərini və arzularını ifadə ediblər.