Azərbaycanla ABŞ enerji sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.