Prezidentin ünvanına təbrik məktubları gəlməkdə davam edir
28 may- Respublika Günü ilə bağlı Prezident İlham Əliyevin ünvanına xarici ölkələrin dövlət və hökumət başçıları adından təbrik məktubları gəlməkdə davam edir. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Al-Məktum, Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd,
İraq Respublikasının Prezidenti Cəlal Ət-Tələbani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyan,
Gürcüstanın Prezidenti Mixeil Saakaşvili, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai və Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında öz xoş hisslərini və arzularını ifadə ediblər.