Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Milli bayramınız - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-İtaliya dövlətlərarası münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."