Prezidentə təbrik məktubları gəlməkdə davam edir
28 may - Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin ünvanına xarici ölkələrin dövlət və hökumət rəhbərləri adından təbrik məktubları gəlməkdə davam edir. Tailandın Kralı Bhumibol Adulyadej, Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Norveçin Kralı V Harald, Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosa, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika, Küveyt Dövlətinin Vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əs-Səbah, Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Serbiya Respublikasının Prezidenti Boris Tadiç, Çexiya Respublikasının Prezidenti Vatslav Klaus, Mərakeşin Kralı VI Məhəmməd, Banqladeş Respublikasının Prezidenti Zillur Rəhman, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov, Moldova Respublikasının Prezidenti vəzifəsini icra edən Mixay Qimpu, Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Ukraynanın Prezidenti Viktor Yanukoviç, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov, Fransa Respublikasının Prezidenti Nikola Sarkozi, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Moskva Vilayətinin Qubernatoru Boris Qromov, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Hu Szintao və Yaponiyanın İmperatoru Akihito Prezident İlham Əliyevin ünvanına göndərdikləri təbrik məktublarında ölkəmizin Prezidentinə və Azərbaycan xalqına ən xoş arzularını ifadə ediblər.