PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın istiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
X X X
Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev istiqlaliyyət küçəsindəki binaların fasadlarında, eləcə də paytaxtın filarmoniya bağında həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə tanış oldu, "Respublika" hotelində aparılan təmir və bərpa işlərinin gedişi ilə maraqlandı.

Digər xəbərlər