Prezidentin ünvanına təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyevin ünvanına Azərbaycan Respublikasının milli bayramı - 28 may - Respublika günü müna sibətilə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları adından təbrik məktubları gəlməkdə davam edir. Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, Baş müfəttiş Sultan Bin Əbdüləziz Al Səud, Peru Respublikasının Prezidenti Alan Qarsiya, Monqolustan Respublikasının Prezidenti Saxiaqiyn Elbeqdorj, Omanın Sultanı, Qabus Bin Səid, Liviya İnqilabının rəhbəri Müəmmər əl-Qəzzafi, Malta Respublikasının Prezidenti Corc Abela, Tunis Respublikasının Prezidenti Zeynulabidin Ben Əli, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, Belçikanın Kralı II Albert, Hindistanın Prezidenti Pratibha Devisinqh Patil, Koreya Respublikasının Prezidenti Li Men Bak, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun, Roma Papası XVI Benedikt, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah Bin Əbdüləziz Al Səud, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet, Almaniya Federativ Respublikasının Prezidenti Horst Köler və Rusiya Federasiyasının Prezidenti D.Medvedev Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında dövlətimizin başçsına daim möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq arzusu ifadə olunur.