PDF Oxu

Siyasət

  • 10

Prezident Fərman və Sərəncamlar imzalayıb

Prezident Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu il aprelin 9-da bakı şəhərində imzalanmış sənədlər haqqında, 2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (unıcef) arasında "uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında anlaşma memorandumu"nun təsdiq edilməsi barədə, 2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında saziş"in təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Heydər Əliyev" Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan Beynəlxalq Hava Limanlarında və Yevlax hava limanında rəsmi nümayəndə heyətləri (vip) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı"na əlavə edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb. Ölkə Prezidenti həmçinin 2010-cu il martın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə beynəlxalq avtomobil nəqliyyatı ittifaqı arasında Asiya, Avropa və əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə anlaşma memorandumu"nun təsdiq edilməsi haqqında, 2010-cu il aprelin 9-da bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq protokolu"nun təsdiq edilməsi haqqında, 2010-cu il aprelin 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılarla iş üzrə Nazirliyi arasında əməkdaşlıq haqqında protokol"un təsdiq edilməsi barədə,
"gömrük orqanlarında xidmət haqqında əsasnamə"də, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə"də, "feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında əsasnamə"də, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda və "miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında, habelə "Azərbaycan Respublikasının mülki məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına əlavə edilməsi haqqında, 2010-cu il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında, "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli fərmanında dəyişiklik edilməsi barədə və "xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları"nın və "xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər