Prezident bir sıra fərman və sərəncamlar imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış "Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun, 2010-cu il aprelin 14-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tacikistan Respublikası Müdafiə Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında Saziş"in, Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının təkmilləşdirilməsi, "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin,"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasını təmin edilməsi,"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməs haqqında,"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək haqqında sərəncam imzalayıb.