Prezident Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi barədə, Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, "Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, "Bakı şəhərinin Əzizbəyov Rayonunun Xəzər Rayonu adlandırılması haqqında" Sərəncamlar imzalayıb. Ölkə Prezidenti həmçinin Bakı şəhərində yerləşən Əjdərbəy Məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında da Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.