PDF Oxu

Siyasət

  • 6

Prezident başsağlığı məktubu göndərib

Prezident başsağlığı məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Zonquldak vilayətində kömür şaxtasında partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı verib. Məktubda deyilir: "Zonquldak vilayətindəki "Karadon" kömür şaxtasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Digər xəbərlər