Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Kamerun Respublikasının milli bayramı - Unitar dövlətin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm."