PDF Oxu

Siyasət

  • 12

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Cabbar Qaryağdı Oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında da Fərman imzalayıb.

Digər xəbərlər