PDF Oxu

Siyasət

  • 16

Prezident başsağlığı məktubu göndərib

Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Liviya İnqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər Əl-Qəzzafiyə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Zati-aliləri, Tripoli beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Liviya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Digər xəbərlər