PDF Oxu

Siyasət

  • 17

Azərbaycan və Rusiya arasında bütün sahələrdə əlaqələr genişlənir

Azərbaycan və Rusiya arasında bütün sahələrdə əlaqələr genişlənir
Prezident İlham Əliyev dünən Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul edib. Dövlətimizin başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu təbrik edib. Prezident İlham Əliyev bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını ölkələrimiz arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirib.
Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Moskvada keçirilən 9 May - Qələbə bayramının təşkili işinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Digər xəbərlər