Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Səyyad Adil oğlu Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması barədə, Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında, Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması barədə, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında və "Əməkdar pilot" Azərbaycan Respublikasının fəxri adının təsis edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.