PDF Oxu

Siyasət

  • 9

Ölkəmizlə Əlcəzair arasında münasibətlər genişlənir

Ölkəmizlə Əlcəzair arasında münasibətlər genişlənir
Prezident İlham Əliyev dünən Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul edib. Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamulla Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdə böyük inkişaf və tərəqqi proseslərinin onda yüksək təəssürat oyatdığını bildirib. Azərbaycan ilə yaxından tanış olmaq fürsəti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən qonaq dünya dini liderlərinin Bakı sammitinin əhəmiyyətini yüksək qiymətləndirib, sammitdə səslənən fikirlərin və ideyaların reallaşmasını arzulayıb. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirməyin vacibliyini vurğulayıb. Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Dünya dini liderlərinin Bakı sammitinə toxunan dövlətimizin başçısı sammitin yaxşı nəticələr verəcəyinə inamını ifadə edib.

Digər xəbərlər