Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Men Baka başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, "Çeonan" hərbi gəmisinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olan dənizçilərin ailələrinə və yaxın adamlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm."