PDF Oxu

Siyasət

  • 16

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Federal Prezident, Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Avstriya əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, ölkələrimiz və xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm."

***
Prezident İlham Əliyev həmçinin Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumaya da təbrik məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm."

Digər xəbərlər