Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlığımız humanizm ideallarının və ümumbəşəri dəyərlərin təntənəsi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyir, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram."