PDF Oxu

Siyasət

  • 11

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İsrail dövlətinin Prezidenti Şimon Peresə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram."

Digər xəbərlər