Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar Əl-Əsədə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Evakuasiya günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Suriya arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın və əlaqələrimizin hərtərəfli inkişafı sahəsində bundan sonra da birgə səylər göstərəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram."