PDF Oxu

Siyasət

  • 14

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə bu ölkənin Milli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Ülyahəzrət, Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Danimarka münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Danimarka xalqına sülh və rifah diləyirəm."

Digər xəbərlər