PDF Oxu

Siyasət

  • 8

Prezident başsağlığı məktubu göndərib

Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti xanım Pratibha Patilə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Ölkənizdə baş vermiş güclü qasırğa nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram."

Digər xəbərlər