PDF Oxu

Siyasət

  • 14

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, həmçinin öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. Ölkə Prezidenti sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında da Fərman imzalayıb. Prezidentin imzaladığı Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və müəyyən edilsin ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Prezident İlham Əliyev həmçinin 2010-cu il fevralın 8-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş"ə dair 1, 2 və 3 nömrəli protokollar"ın təsdiq edilməsi barədə, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər