Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Dadaş Mirzə oğlu Asanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə, "İnşaatçılar günü" peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında və Azərbaycan Respublikasının tikinti kompleksinin işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.