Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram."