Azərbaycan - Türkiyə münasibətləri tarixi köklərə əsaslanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunu qəbul edib.
Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və Türkiyə Baş nazirinin məktubunu dövlətimizin başçısına çatdırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların vəziyyəti barədə danışdı. Firudin Sinirlioğlu Türkiyə-Ermənistan münasibətlərinin hazırkı durumu barədə məlumat verdi. Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafı və perspektivlərinə dair məsələlər müzakirə edildi. Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.