PDF Oxu

Siyasət

  • 11

Prezident Sərəncam imzalayıb

Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, Azərbaycan Respublikasının "Azərikimya" Dövlət Şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyinə verilsin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, "Azərikimya" Dövlət Şirkətinin təşkilati-hüquqi formasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını təmin etsin. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, həmçinin Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Digər xəbərlər