PDF Oxu

Siyasət

  • 12

Dövlət bayrağı meydanında geniş tikinti işləri aparılır

Dövlət bayrağı meydanında geniş tikinti işləri aparılır
Prezident İlham Əliyev dünən Dövlət bayrağı meydanına gələrək burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də paytaxtda Dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı Sərəncamına uyğun olaraq Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulub. Dövlətimizin başçısı burada həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanıb, tikinti sahəsində bir neçə dəfə olaraq işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib. Dövlət bayrağı meydanında aparılan tikinti işləri barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 35 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur və bu istiqamətdə xeyli işlər görülüb. Qeyd edilib ki, dayağının hündürlüyü 162 metr olan dövlət bayrağının uzunluğu 70, eni 35 metr olmaqla 2450 kvadratmetr sahəni əhatə edəcək.
Dövlətimizin başçısı görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verdi.

Digər xəbərlər