Prezident İlham Əliyevin xalqa daha bir Novruz hədiyyəsi
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dövlət başçısının məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzaladığı sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 71 nəfər cazasının qalan hissəsini çəkməkdən azad edilib, həmçinin 1 nəfərin ömürlük həbs cəzası 20 illik həbs cəzası ilə əvəz edilib.
Ümumilikdə, bu əhv fərmanı 72 nəfərə şamil edilib. Bu bir daha dövlət başçısının vətəndaşlara göstərdiyi böyük qayğıdan və humanizm prinsiplərindən qaynaqlanan bir siyasətin ortaya qoyulmasıdır. Qeyd edək ki, bu ölkə başçısının bu istiqamətdə atdığı çoxsaylı addımlardan biridir. Prezident öz fəaliyyəti dövründə hər il belə fərmanlara imza atıb.
Prezident məhkumların əfv edilməsi ilə bağlı xüsusi vurğulayıb ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Sivil prinsiplərin ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Prezident İlham Əliyev eyni zamanda, əmin olduğunu bildirib ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.
2008-ci ildə daha bir böyük amnistita aktı isə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehribam xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşmişdi. Bütün bunlar bir daha insanlara sevinc bəxş edir və məhkumların reabilitasiya olunaraq sivil cəmiyyətə inteqrasiyasına yardım edir.
Bu humanist siyasətin nəticəsində son illərdə ölkədə kriminogen durum xeyli yaxşılaşıb və cinayətlərin sayı xeyli azalıb. Üstəlik Azərbaycan dünyada sivil bir ölkə olduğunu, ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək verildiyini və dövlətin vətəndaşlara qayğısının yüksək səviyyədə olduğunu bir daha sübut etmiş oldu. Bu isə, ulu öndər Heydər Əliyevin qoyduğu siyasi irsin davamıdır və Prezident İlham Əliyev də bu irsə sədaqətini bir daha sübut etdi.
Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Azad və demokratik cəmiyyət inkişafın əsasıdır.
Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Bir məqamı da xüsusi qeyd etməliyik ki, sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə danışmaq mümkün deyil. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin yüksək səviyyədə təmin olunduğu şəraitdə inkişaf edir ki, Azərbaycanda da bu sahədə heç bir problem yoxdur.
Azərbaycanın bu gün beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınması iqtisadi və siyasi islahatların vəhdətliyindən irəli gəlir. Zaman təsbiqlədi ki, qəbul olunan qanunlar, Konstitusiyamız mütləq həqiqət kimi qəbul olunmur, daim dövrün tələbinə uyğun olaraq təkmilləşir, yeniləşir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər də təqdir edilir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir.
Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.
Dövlət başçısı İlham Əliyev bildirir: "Biz hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin nə dərəcədə uğurla müasirləşməsindən asılı olacaqdır. Yəni, demokratik islahatların inkişaf etdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, cəmiyyətimizin müasirləşdirilməsi siyasətində daha fəal olmağımızdan asılı olacaqdır".
Butün bu sadalananlar bir daha təsdiqləyir ki, iqtisadi tərəqqi, vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın möhkəmlənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritetləridir. Bu prioritetlər isə, ölkəmizin böyük gələcəyə aparır.
"Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölcülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq"-deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.