PDF Oxu

Siyasət

  • 9

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Bakı şəhərində abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imazalayıb. Ölkə Prezidentinin Sərəncamında qeyd olunur ki, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin. Bundan başqa ölkə Prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında da Sərəncam imzalayıb.

Digər xəbərlər