PDF Oxu

Siyasət

  • 9

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İrlandiyanın Prezidenti xanım Meri Makalisə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli xanım Prezident, İrlandiyanın milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram."

Digər xəbərlər