PDF Oxu

Siyasət

  • 20

Prezident Sərəncam imzalayıb

Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpası üçün 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

Digər xəbərlər