Prezident İlham Əliyev İran Prezidentinin xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, energetika sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.