Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Məmməd Arazın xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsini və onun yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etsin. Bundan başqa ölkə Prezidenti Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə tibb xidməti polkovniki Vaqif Qüdrət oğlu Süleymanova "Əməkdar Həkim" fəxri adının verilməsi barədə, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Daxili Qoşunlarda uzunmüddətli məhsuldar işinə görə gizir Rəna Nuruş qızı Əliyevaya "Əməkdar Artist" fəxri adının verilməsi haqqında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında və Poçt Rabitəsi Haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.