PDF Oxu

Siyasət

  • 12

İraq və Azərbaycan arasındakı münasibətlər getdikcə genişlənir

İraq və Azərbaycan arasındakı münasibətlər getdikcə genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Ərşad Ömər İsmayılın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğuladı. İraqda Parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev əlaqələrimizin növbəti mərhələdə də daha fəal olacağına ümidvar olduğunu bildirdi. Səfirə uğurlar arzulayan dövlətimizin başçısı əminliklə qeyd etdi ki, diplomat Azərbaycan və İraq xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də fəaliyyətini davam etdirəcək.
İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayıl Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Azərbaycan xalqının timsalında yaxşı dost qazandığını deyən diplomat gələcək fəaliyyəti dövründə də xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərinin əsirgəməyəcəyini bildirdi.

Digər xəbərlər