Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əlazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"