Prezident İlham Əliyev İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Tomas Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Söhbət zamanı Azərbaycan ilə İrlandiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulandı və səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın genişlənəcəyinə əminlik ifadə olundu.