Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev martın 3-də Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O.Çanın etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Pedro O.Çan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Söhbət zamanı ikitərəfli münasibətlər və əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.