PDF Oxu

Siyasət

  • 13

Azərbaycan və Danimarka iqtisadi tərəfdaşlıqı genişləndirəcək

Azərbaycan və Danimarka iqtisadi tərəfdaşlıqı genişləndirəcək
Prezident İlham Əliyev martın 3-də Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etimadnaməsini qəbul edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Ole Egberg Mikkelsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin imkanları barədə daha çox məlumatın olmasını və bunun üçün fəal əlaqələr qurmağın zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında, xüsusilə iqtisadi sahədə məhsuldar əməkdaşlığın olacağına əminliyini bildirdi.
Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelse Kraliça ülyahəzrət II Marqretenin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Danimarka arasında münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi. Dövlətimizin başçısı Danimarka Kraliçası ülyahəzrət II Marqretenin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Kraliçaya çatdırmağı xahiş etdi.

Digər xəbərlər