Prezident İlham Əliyev Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul edib
Prezident İlham Əliyev martın 2-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul edib. Görüşdə insan haqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.