Prezident İlham Əliyev Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul edib. Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.