Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Nikola Sarkoziyə başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş "Ksintiya" qasırğası nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm."