Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanova təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan-Bolqarıstan münasibətləri hərtərəfli inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə, Avropa İttifaqının həyata keçirdiyi proqram və layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına sülh və tərəqqi arzulayıram."