PDF Oxu

Siyasət

  • 13

Prezident başsağlığı məktubu göndərib

Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti xanım Mişel Baçelet Xeriyaya başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Digər xəbərlər