Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə Artur Tahir oğlu Rasi-zadənin "Şərəf" ordeni ilə təltif edilməsi barədə, 2008-ci il oktyabrın 10-da Bişkek şəhərində imzalanmış "1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi" vahid yubiley medalı haqqında qərar"ın təsdiq edilməsi barədə, Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında və "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanına əlavələr edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.