PDF Oxu

Siyasət

  • 11

Koreya "Xocalıya ədalət" kampaniyasının birillik fəaliyyətinin təqdimatı keçiriləcək

Koreya "Xocalıya ədalət" kampaniyasının birillik fəaliyyətinin təqdimatı keçiriləcək
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən bildiriblər ki, bu ölkədə çalışan və təhsil alan Azərbaycan və Türkiyə vətəndaşlarının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı mərasim keçiriləcək.
Mərasimində İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" kampaniyasının birillik fəaliyyətinə dair məlumat veriləcək. Tədbirdə Koreya Respublikası ictimaiyyətinin geniş tərkibdə iştirakı planlaşdırılır.
Tədbirdə ictimaiyyət nümayəndələrinin faciə haqqında məlumatlandırılması istiqamətində tədbirlərin davamı olaraq, dünya liderlərinə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət kimi tanımaları ilə bağlı yeni müraciətin ünvanlanması, Xocalı soyqırımına aid fotosərgi və videofilmin nümayişi, həmçinin faciə haqqında məlumatların yer aldığı bukletlərin təqdim edilməsi nəzərdə tutulur.

Digər xəbərlər