Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabaha təbrik məktubu göndərib. Məktubda deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı - Milli gün münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."