Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanova "Əməkdar Dövlət Qulluqçusu" fəxri adının verilməsi haqqında, Azərbaycan idmanının inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi barədə, həmçinin Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında, Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə, Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının tələbə qəbulu üzrə dövlət komissiyası haqqında əsasnamə"də dəyişiklik edilməsi haqqında və "Polis Haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 944-ıııqd nömrəli qanununun tətbiq edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.